Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi ilə bağlı sakinlərin təklifləri dinlənildi

0

  •  “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Cənab Prezidentin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Xocalı rayonu üzrə də müxtəlif səpkili tədbirlər keçirilir.Bu mənada 13.05.2019-cu il tarixdə "Heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması" mövzusunda ətrafında sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması məqsədilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd, Börü, Meşəli və Yuxarı Ağcakənd qəsəbələrində sakinlərlə maarifləndirici görüşlər keçirililmişdir. Heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması mövzusunda ətrafında ahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması mövzusunda tədbir keçirilmişdir.Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılmasının əhəmiyyəti barəsində danışan natiqlər qeyd ediblər ki, bu gün ölkədə sahibsiz heyvanların sayı yetərincədir. Təbii ki, sahibsiz heyvanların sağlamlıq vəziyyəti də narahatlıq doğurur. Heyvanlarda tək quduzluq xəstəliyi deyil, çoxlu sayda xəstəlik müşahidə olunur. Sahibsiz heyvanlarla maraqlanan qurumların sayı azdır. Eyni zamanda, Azərbaycanda küçə heyvanlarına sahiblənmək istəyən insanların sayı çox azdır.Öz təkliflərini bildirən sakinlər qeyd ediblər ki, məskunlaşdıqları qəsəbələrdə də sahibsiz itlər çoxalmaqdadır. Bu isə xəstəliklərin çoxalacağına səbəb ola biləcəyi üçün ciddi narahatlıqlar yaradır.Qeyd edək ki, məsələ barədə və qaldırılan təkliflər haqqında aidiyyəti qurumlara müraciətlər göndərilmişdir. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib35 dəfə
    Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi ilə bağlı sakinlərin təklifləri dinlənildi

    Maraqlı gələ bilər
    133
    49
    25